PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Makkabi” (Hayfa) ilə matçında (3:1) bir qol vurub.
Fanat.Az “Stats Foot”a istinadən xəbər verir ki, Mbappe Çempionlar Liqasında ardıcıl 6 matçda qol vuran ilk fransalı futbolçu olub.
23 yaşlı hücumçunun hesabında bu oyunlarda 8 qol var. Mbappe bu mövsüm PSJ-nin heyətində bütün yarışlarda 8 matçda 10 qol vurub.
Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Çempionlar Liqasının qrup mərhələsinin 2 turundan sonra PSJ 6 xal toplayaraq, H qrupunda turnir cədvəlinə başçılıq edir.
Emin