Məşhur ispaniyalı yarımmüdafiəçi, hazırda "Komo" klubunun şərəfini qoruyan futbolçu Sesk Fabreqas keçmiş klubu "Barselona"ya rəhbərlik etmək istədiyini bildirib.
Fanat.Az xəbər verir ki, ESPN 35 yaşlı futbolçunun bu barədə dediklərini belə çatdırıb:
“Mənim "Komo"da məşqçilik peşəsinin əsaslarını öyrənmək imkanım var. Hansı klubu çalışdırmaq istəyirəm? "Barselona"da işləməyi planlaşdırıram. Bunun üçün çox çalışmaq lazımdır, açıq-aydın görünür ki, bu, böyük problemdir. Amma bu istiqamətdə çalışacağam ki, həmin klubun baş məşqçisi olum”.
Emin