"Zaltsburq"un idman direktoru Kristof Froynd "Çelsi"nin Benjamin Şeşkonun transferi ilə bağlı Avstriya klubu ilə əlaqə saxladığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "London Express" "öküzlər"in idman direktorunun dediklərini belə çatdırıb:
“Zaman zaman “Çelsi” rəhbərliyi ilə fikir mübadiləsi aparmışıq. Keçən ay biz daha tez-tez danışırdıq, çünki Şeşko ilə maraqlanırdılar".
Qeyd edək ki, Froynd "Çelsi"nin yeni idman direktoru postuna iddialılar arasındadır.
Daha əvvəl "Mançester Yunayted" də Şeşko üçün Avstriya klubuna müraciət etmişdi.
Emin