Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün daha dörd görüş reallaşıb.
“Başakşehir” - “Fatih Karagümrük” qarşılaşması "quru sülh"lə yekunlaşıb. 5 qolun qeydə alındığı “Trabzonspor” - “Qaziantep” matçında meydan sahibləri əzmkar qələbəyə sevinib. “Sivasspor” səfərdə “Ankaragücü”yə yenilib. “Fənərbağça” isə “Alanyaspor”u 5 cavabsız qolla üstələyib.
7 turdan sonra 16 xala malik “Adana Dəmirspor”la “Qalatasaray” şərikli liderdirlər. “Başakşəhər”, “Beşiktaş” və “Konyaspor”un hesabında isə 14 xal var. “Fənərbaxça” ilə “Trabzonspor” da 13 xal toplayıb.
Super Liqa
VII tur
18 sentyabr
Başakşehir – Fatih Karagümrük 0:0
Trabzonspor – Qaziantep 3:2
Qollar: Trezeqe, 14. Bakasetas, 42-pen. Bartra, 90+8 – Maksim, 2. Markoviç, 9.
Ankaragücü – Sivasspor 2:1
Qollar: Beridze, 2. Sou, 44 – Njie, 48.
Fənərbağça – Alanyaspor 5:0
Qollar: Rossi, 5. Henrike, 17. Krespo, 45+4. Valensiya, 70. Kahveci, 76.
17 sentyabr
Ümraniyəspor – Kasımpaşa 1:2
Qollar: Mrşiç, 90+9 – Hadrqyonay, 36. Bahoken, 83.
Antalyaspor – Adana Dəmirspor 0:3
Qollar: Belhanda, 1. Qulbrandsen, 75. Assombalonqa, 84.
İstanbulspor – Beşiktaş 2:2
Qollar: Destanoğlu, 26-öz qapısına, Yaşar, 86 – Nkudu, 8. Veqhorst, 39.
16 sentyabr
Qalatasaray – Konyaspor 2:1
Qollar: S.Oliveyra, 1. Kalvo, 82-öz qapısına – E.Çekici, 15.
Hatayspor – Kayserispor 0:4
Qollar: Mensah, 5-pen. Kardozo, 44. Bertolaççi 87. Qavranoviç, 90-pen.