Fransa çempionatında 8-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün daha yeddi görüş reallaşıb.
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” evdə “Lans”la qolsuz heç-heçə edib.
“Olimpik Marsel” öz meydanında “Renn”lə bərabərə qalıbsa, “Monako” qonaq qismində “Reyms”i böyük hesabla üstələyib.
Son çempion PSJ “Olimpik Lion”u səfərdə tək qolla yenib.
8 turdan sonra PSJ 22 xalla liderdir. “Olimpik Lion” 20 xalla 2-ci, “Loryan” 19 xalla 3-cü, “Lans” 18 xalla 4-cü, “Monako” 14 xalla 5-cidir.
Liqa 1
VIII tur
18 sentyabr
Reyms – Monako 0:3
Qollar: Qolovin, 47. Minamino, 87. Ben Yedder, 90.
Brest – Ayaçço 0:1
Qol: Hamuma, 65.
Klermon – Trua 1:3
Qollar: Qastyen, 3 – Balde, 23; 54. Ripar, 83.
Olimpik Marsel – Renn 1:1
Qollar: Genduzi, 52 – Genduzi, 25-öz qapısına.
Nitsa – Anje 0:1
Qol: Bentaleb, 43.
Nant – Lans 0:0
Olimpik Lion – PSJ 0:1
Qol: Messi, 5.
17 sentyabr
Monpelye – Strasburq 2:1
Qollar: Nordin, 17. Savanye, 90+4 - Diallo, 85.
Lill – Tuluza 2:1
Qollar: David, 5. Unas, 53 - Çaibi, 48.
16 sentyabr
Oser – Loryan 1:3
Qollar: Hayn, 50 - Uattara, 15. Moffi, 36. Le Fi, 42.