Fransa millisinin və PSJ-nin sabiq baş məşqçisi Loran Blan "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi olan Yunanıstan "Olimpiakos"una rəhbərlik edə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, Pirey təmsilçisinin 56 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Blan bu postda Karlos Korberanı əvəzləyəcək.
Xatırladaq ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.