Bundesliqada uğursuz nəticələrə baxmayaraq, "Bayern Münhen" rəhbərliyi baş məşqçi Yulian Naqelsmannı dəstəkləyir.
Fanat.Az xəbər verir ki, klubun idman direktoru, sabiq əfsanəvi qolkiper Oliver Kan belə açıqlama ilə çıxış edib.
Bundesliqada keçirdiyi son dörd oyunda qələbə qazana bilməyən komandanın 35 yaşlı çalışdırıcının istefası gündəmdə olsa da, klub rəsmisi Naqelsmanna dəstək nümayiş etdirib:
"Baş məşqçimizi tam dəstəkləyirik. Təbii ki, o narahatdır, hamımız narahatıq. Biz pis vəziyyətdəyik. Bəzi futbolçular hesab edir ki, Bundesliqa ikinci plandadır. Bu qəbuledilməzdir. İndi məşqçi dəyişikliyi haqda düşünmürük. Biz yolumuza davam etməliyik. Mümkün qədər tez toparlanıb "Bayer Leverkuzen"lə oyunda qələbə qazanmalıyıq".
Mirağa