İspaniya La Liqasının VI turunda "Real Madrid" "Atletiko Madrid"i 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, Madrid derbisi kral klubunun baş məşqçisi Karlo Ançelottinin komandasında 184-cü oyun olub.
İtaliyalı mütəxəssis Luis Molounini (183 oyun) qabaqlayıb və klub tarixində 5-ci pilləyə yüksəlib.
Ançelotti yalnız Leo Benhakker (197), Visente del Boske (246), Zinəddin Zidan (263) və Migel Munyosdan (605) geridə qalır.