"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Real"la oyunda ikili hisslər yaşayıb.
Fanat.Az xəbər verir ki, Madrid derbisində uduzan (1:2) argentinalı mütəxəssis rekord müəllifi olub.
Dieqo Simeone üçün bu matç "Atletiko"nun baş məşqçisi kimi İspaniya çempionatında 408-ci olub. Beləliklə, argentinalı mütəxəssis Luis Araqonesi qabaqlayaraq klub rekorduna sahibi çıxıb.
Xatırladaq ki, Dieqo Simeone 2011-ci ilin dekabrından Madrid klubuna rəhbərlik edir. Bu müddət ərzində o, iki dəfə “Atletiko”nu İspaniya çempionu tituluna yiyələnib, iki dəfə Avropa Liqası və iki dəfə UEFA Superkubokunu qazanıb. Bundan başqa, komandasını iki dəfə Çempionlar Liqasının finalına çıxarıb. Bir dəfə İspaniya kubokunu və bir dəfə də ölkə Superkubokunu qazanıb.
Mirağa