Millətlər Liqasının oyunları ilə bağlı toplanışa başlayan Fransa yığmasının düşərgəsində ağır atmosfer hökm sürür.
Fanat.Az sözügedən ölkənin mətbuatına istinadən xəbər verir ki, buna komandanın ulduzu Kilian Mbappenin beynəlxalq oyun üçün keçirilən fotosessiyada iştirak etmək istəməməsi səbəb olub.
23 yaşlı hücumçunun fotosessiyadan imtina etməsi onu fransalı azarkeşlərin hədəfinə çevirib.
Fransa Futbol Federasiyası bununla bağlı açıqlama yayıb. Mətbuat xidmətinin press-relizində belə deyilib ki, bu xüsusi fotosessiya Mbappenin promosyonu ilə bağlı əldə olunmuş razılaşmaların bir hissəsi deyil. Ona görə də Kilian fotosessiyadan imtina edib.
Maraqlıdır ki, həm Fransa yığması, həm də Kilian Mbappe "Nike" firması ilə əməkdaşlıq edir.
Mirağa