İsveçrənin "Sürix" klubu almaniyalı çalışdırıcısı Franko Foda ilə yollarını ayırıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilib.
Klubun prezidenti Ançillo Kanepa Fodanın yerli çempionatda və ölkə kubokunda etimadı doğrultmadığını bildirib.
Sabiq çalışdırıcının müqaviləsi 2024-cü ildə başa çatmalı idi.
Qeyd edək ki, "Qarabağ" cari mövsüm UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən "Sürix"i mübarizədən kənarlaşdırıb - 3:2;2:2