"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" komandası yeni baş məşqçisini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Pirey təmsilçisi ispaniyalı Miçel Qonsalesə tapşırılıb.
Məlumatı klubun "Twitter" səhifəsi yayıb. Lakin 59 yaşlı mütəxəssisin müqaviləsinin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Miçel Qonsales 1982 - 1996-cı illərdə ölkəsində "Real Madrid"in formasını geyinib. Son olaraq 2021-ci ildə "Xetafe"nin sükanı arxasında olan baş məşqçi 2013 - 2015-ci illərdə "Olimpiakos"a rəhbərlik edib.
Xatırladaq ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.