“Roma”nın sabiq hücumçusu Antonio Kassano “Mançester Yunayted”in eniş yaşayan hücumçusu Kriştianu Ronaldu haqda danışıb.
Fanat.Az xəbər verir ki, "Rai2" telekanalı 40 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Kriştianuya müraciət etmək istəyirəm. Məni diqqətlə dinləsin! Ronaldu, sən çox güclüsən, çoxlu kuboklar qazanmısan, amma həmişə ikinci olacaqsan. Sən mənə Toto Cutunyonu xatırladırsan. İkiniz də həmişə ikinci olmusunuz”.
Emin