"Mançester Siti"nin 117,5 milyon avroya transfer etdiyi Cek Qriliş ünvanına deyilən tənqidlər barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" 27 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
“Atam və ya anam məni tənqid etsəydi, diqqətlə qulaq asardım. Ancaq məni tanımadığım insanlar sosial mediada ələ salır. Lakin bunlaraa qətiyyən əhəmiyyət vermirəm.
Milli komandada və İngiltərənin top-klubunda oynadığınız zaman kifayət qədər məşhur olursunuz. Sözsüz ki, tənqidlər də olur. Bunu yaşayan tək mən deyiləm. Belə hallar çoxdur. Oyunçular sadəcə təzyiqlərə qarşı sakitqalmağı öyrənməlidirlər. Təbii ki, buna öyrəşməyim bir az uzun çəkdi.
"Mançester Siti"yə keçəndə əmin idim ki, Erlinq Holand kimi başlamasam, mənə güləcəklər və ələ salacaqlar. Deməzdim ki, mən heç nəyə qulaq asmıram. Bəli, təsir edir, amma bununla barışmaq lazımdır".
Emin