"Real Madrid"in hücumçusu Kərim Benzemanın sıraya qayıdacağı tarix məlum olub.
Fanat.Az xəbər verir ki, bu barədə “Marca” klubdakı mənbəyə əsasən məlumat yayıb.
Sentyabrın 6-da "Seltik"lə Çempionlar Liqasının qrup oyununda zədələnən "Osasuna" ilə oyunda meydanda olacaq. Müdafiəçi Lukas Vaskesin də eyni vaxtda qayıtması gözlənilir.
Hər iki futbolçu zədədən əziyyət çəkirdi. Benzema bu səbəbdən "Real"ın son 3 matçında forma geyə bilməyib.
Qeyd edək ki, "Real" - "Osasuna" oyunu 2 oktyabr bazar günü keçiriləcək.
Mirağa