"Fənərbağça"nın hücumçusu Mişi Batşuayi "Çelsi"də çıxış etdiyi dönəmdə baş məşqçi Antonio Konte tərəfindən aldadıldığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Tuttomercato" nəşri 28 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
“Konte daim özü ilə ziddiyyət təşkil edirdi. "Çelsi"yə keçdiyim vaxtdan bəri bu belədir. Mənə zəng edib öz layihəsi barədə danışdı. O, Dieqo Kosta ilə forvard mövqeyində oynamağımı istəyirdi. Mən ona inandım. Amma gələndən sonra gördüm ki, hər şey yalan imiş. Bunun niyə baş verdiyini başa düşmürəm, amma demək istəyirəm ki, məni tez-tez aldadıb".
Emin