"Barselona" klubunun prezidenti Xuan Laporta dünən Yunanıstana səfərə gedib.
Fanat.Az xəbər verir ki, o, AEK klubunun yeni stadionunu ziyarət edib.
Laporta "Agia-Sofia - Opap-Arena" haqqında Yunanıstan klubunun saytına bunları deyib: "AEK-in tarixini bilirəm və bu, keçmişi olan bir klubdur. Onun "Barselona" ilə ortaq cəhətləri var. Biz deyirik ki, “Barselona” klubdan daha çox şeydir, bu şüar deyil, bizim prinsiplərimizin bəyanıdır. Biz ölkəmizi yüksək səviyyədə təmsil edirik və eyni zamanda cəmiyyətə çox güclü bağlılığımız var. AEK-in də bu cəhətini çox bəyənirəm .
Mən AEK-in prezidenti cənab Melissanidisin bu gözəl stadiondan zövq almaq üçün dəvətini ürəkdən qəbul etdim. Bir həftədən sonra açılışı olacaq. Özümü həyəcanlı hiss edirəm, çünki bura çox yaxşı dizayn edilmiş bir stadiondur.
Biz də hazırda stadionumuzu təmir edirik və mən hər dəfə bir şey öyrənmək üçün stadionlara baş çəkmək istəyirəm".
Mirağa