İtaliyalı futbolçu Andrea Ranokkia "Montsa" ilə müqaviləsini ləğv edib.
Fanat.Az xəbər verir ki, o, cəmi üç ay və bu müddətdə klubdan ayrılıb.
Bununla da 34 yaşlı stoper iki illik müqaviləsinin sonuna kimi qazanmalı olduğu 4 milyon avrodan imtina edib.
“İnter”in sabiq kapitanı Ranokkia avqustda ciddi zədə alıb və bir neçə ay meydanda olmayacaq. O, hətta yaşıl meydana döndükdən sonra yüksək səviyyədə oynaya bilməyəcəyini düşündüyü üçün müqaviləni ləğv etmək qərarına gəlib.
"Montsa"anın idkan direktoru Adriano Qalliani ictimaiyyət qarşısında onu tərifləyib: "O, əsl centlmendir, o, mənim düşündüyüm adam olduğunu təsdiqlədi. Alicənab və yaxşı insandır".
Ranokkia "Montsa"ya iyunda "İnter"dən azad agent kimi gəlib. O, 2010-cu ildən "İnter"də olub və Milan klubunda 223 oyun keçirib. 2010-2016-cı illər ərzində isə İtaliya millisinin heyətində 21 oyuna çıxıb.
Mirağa