"Formula 1" üzrə 2023-cü il Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilməsinin səbəbi bəlli olub.
Fanat.Az "Formula 1" saytına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Bin Sulayem danışıb.
Qurum rəhbəri yarış sayı çox olduğu və bunların "24 saat Le Man" marafonu ilə eyni tarixə təsadüf etməməsi üçün iyunda yalnız 2 Qran-prinin keçirilməsinə qərar verildiyini bildirib.
Qeyd edək ki, "Formula 1"in yeni mövsümü rekord sayda - 24 yarışla keçirilək. Azərbaycan Qran-prisi 28 - 30 apreldə baş tutacaq.
Emin