Rusiyanın aşağı divizyonlarından birində çıxış edən “StavropolAqroSoyuz”un baş məşqçisi Kirill Eydelnant bildirib ki, onun komandasının üç futbolçusu səfərbərlik siyahısındadır.
Fanat.Az "Çempionat" saytına istinadən xəbər verir ki, oktyabrın 5-də “StavropolAqroSoyuz” Rusiya kubokunun 1/32 final matçında “Nefteximik”lə qarşılaşmalıdır.
Eydelnant komandasının Birinci Liqa klubuna qarşı heyətdə 13 futbolçu ilə oynaya bilməyəcəyini vurğulayıb.
“Kubokun növbəti mərhələsində oyunçular üçün bonuslar olacaq, lakin burada problem başqadır - səfərbərlikdə. Artıq üç nəfər gedir. Onlar səfərbərlik siyahılarındadırlar", - deyə çalışdırıcı bildirib.
Emin