"Çelsi"nin futbolçusu Kay Havertz Tomas Tuçelin qovulmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Daily mail" almaniyalı futbolçunun dediklərini belə çatdırıb:
“Tuxelin gedişi məni də təəccübləndirdi, xüsusən də son bir il yarımda necə oynadığımızı və nə qazandığımızı nəzərə alsaq.
İndi turnir cədvəlinin altıncı pilləsindəyik, ona görə də mövsümə pis startdan danışmaq olmaz. Komandaya yeni gələnlər var ki, ilk növbədə uyğunlaşmalıdırlar”.
Emin