"Çelsi"nin sabiq almaniyalı futbolçusu Timo Verner London klubunda keçirdiyi çətin dövrdən danışıb.
Fanat.Az xəbər verir ki, "Daily mail" almaniyalı futbolçunun dediklərini belə çatdırıb:
“Çelsi"də keçən karyeram ən yaxşılardan deyildi. Çətin idi. Mən bundan daha çoxunu gözləyirdim. Bilirəm ki, azarkeşlər də məndən daha artığını gözləyirdi".
Qeyd edək ki, keçən yay Verner daha əvvəl də çıxış etdiyi "Layptsiq" klubuna transfer olunub.
Emin