"Mançester Yunayted"in sabiq müdafiəçisi Patris Evra "Mançester Siti"nin hücumçusu Erlinq Holandla bağlı fikirlərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, "Manchester Evening News"a bunları deyib:
“Holand bir canavardır. O, pişik kimidir. Futbolçu “Mançester Siti”ni reysə salıb. Komanda ötən mövsüm Çempionlar Liqasında qalib gələ bilmədi. İndi "şəhərlilər"in məğlub olmağa heç bir bəhanəsi yoxdur".
Qeyd edək ki, Holand 2022-ci il iyulun 1-də 60 milyon avroya "Borussiya Dortmund"dan "Mançester Siti"yə keçib. Cari mövsümdə o, bütün yarışlarda "şəhərlilər"in heyətində 10 matçda 14 qol vurub və 1 məhsuldar ötürmə edib. Ulduz forvardın klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Mirağa