Fransa millisinin baş məşqçisi Didye Deşam Kilian Mbappenin PSJ-də çox oynamasından narazıdır.
Fanat.Az xəbər verir ki, təcrübəli məşqçi "Telefoot"a açıqlamasında yığmanın liderinin dünya çempionatı ərəfəsində mümkün qədər çox istirahət etməsini istəyir:
“Mən bilirəm ki, Qaltye hələ də Kilianı daim oynatmaq istəyir. Amma mən istəyirəm ki, məşqçi Mbappeyə vaxtaşırı dincəlmək imkanı versin. O, nisbətən az oynamalıdır. İnanın ki, bu, PSJ-yə zərər verməyəcək, əksinə".
Mirağa