Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
“Mirror” nəşri: “Çelsi” “Fulhem”in gənc yarımmüdafiəçisi Lyuk Harrisi transfer etmək üçün danışıqlar aparır".
"La Gazzetta dello Sport" nəşri: "İnter Milan"ın müdafiəçisi Alessandro Bastoni eyni anda üç İngiltərə klubunun maraq dairəsindədir. 23 yaşlı futbolçunu "Mançester Siti", "Tottenhem" və "Mançester Yunayted" öz heyətində görmək istəyir".
Baş tutmuş transfer xəbərləri:
31 yaşlı braziliyalı yarımmüdafiəçi Allan "Everton"dan "Əl Vahda"ya (BƏƏ) keçib. Müqavilə 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Emin Şəmsiyev