Avstriya yığmasında yeni rekordçu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Millətlər Liqasında Xorvatiya ilə oyunda iştirak edən Marko Arnautoviç oyun sayına görə ölkəsinin tarixinə düşüb.
104-cü matçına çıxan hücumçu millisində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 33 yaşlı forvard bununla da Andreas Hersoqu arxada qoyub. Sonuncunun aktivində 103 oyun var.
Qeyd edək ki, Avstriya bu görüşdə 1:3 hesabı ilə uduzub.
Mirağa