Hərbi səfərbərlikdən yayınan Dağıstan Respublikasının (Rusiya Federasiyası) əhalisi sabiq UFC çempionu Həbib Nurməhəmmədovdan mövqe tələb edirlər.
Fanat.Az xəbər verir ki, informasiya RBK saytına məxsusdur.
Məlumatda bildirilir ki, Rusiyanın elan etdiyi hərbi səfərbərlik Dağıstanda etirazla qarşılanıb.
Uşaqlarının ölümə göndərilməsinə qəzəblənən qadınlar polislə qarşıdurmadan çəkinmədən etiraz səslərini ucaldıblar.
Səfərbərliyə qarşı etirazlar sosial şəbəkələrdə də özünü aktiv göstərir. Dağıstanlılar Həbib Nurmaqomedovun "İnstagram" hesabından paylaşdığı son videoların şərhlərində ondan dəstək göstərməsini tələb edirlər:
"Həmyerlilərini ölümə göndərirlər, Həbib. Bəlkə sən də bir fikir bildirəsən?", "Qafqazın qəhrəmanları MMA döyüşçüləri yox, yaylıq bağlayan qadınlar imiş", "Niyə susursan? Səfərbərlik haqda bir kəlmə də deməyəcəksən?", "Sənə hərbi çağırış vəsiqəsi gəlməyib, Həbib?"
Dağıstanlılar Həbib Nurməhəmmədova şərhlər yazmağa davam edirlər.
Emin