"İnter"in və Xorvatiya yığmasının futbolçusu Marselo Brozoviç Millətlər Liqasında Avstriyaya qarşı matçında zədələnib.
Fanat.Az xəbər verir ki, Milan təmsilçisinin yarımmüdafiə xəttinin 29 yaşlı lideri 18-ci dəqiqədə əvəzlənib.
Ona omba əzələsinin yırtılması diaqnozu qoyulub.
Brozoviç ən azı 3 və ya 4 həftə itkisi riski daşıyır. Onun Çempionlar Liqasında "Barselona" ilə hər iki görüşü mütləq buraxacağı artıq məlumdur.
Emin