"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos" yeni transferə hazırlaşır.
Fanat.Az xəbər verir ki, məlumatı "Fosonline" yayıb.
Nəşrin yazdığına görə, Pirey təmsilçisi heyətini yeni müdafiəçi ilə gücləndirəcək.
"Olimpiakos" fransalı Timote Kolodzeytsak, Elyakim Manqala və serbiyalı Nikola Maksimoviç arasından seçim edəcək.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.