Futbol üzrə Rusiya yığmasının 5 əməkdaşı səfərdə keçirdiyi yoldaşlıq oyunundan sonra Qırğızıstandan qayıtmayıb.
Fanat.Az xəbər verir ki, informasiya "Anti Matç" "Telegram" kanalına məxsusdur.
İddialara görə, işçilər məzuniyyətə çıxmaq qərarına gəliblər və məhz Qırğızıstanda istirahət edəcəklər.
Məlumatda bildirilir ki, adı açıqlanmayan 5 əməkdaşın hamısı hərbi səfərbərlikdə ilk dalğaya aid olan kateqoriyalardandır. Bu səbəbdən onlar öz ölkələrinə qayıtmaq istəməyiblər.
Emin