Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunun prezidenti Ben Nafel “Mançester Yunayted”dən ayrılmaq niyyətində olan ulduz futbolçu Kriştianu Ronaldu ilə danışıq apardıqlarını təsdiqləyib.
Fanat.Az verir ki, klub rəhbəri "Thamanya" YouTube kanalına Ronaldu ilə maraqlanmalaryla bağlı açıqlamalar verərək, transferin baş tutmamasının səbəbini açıqlayıb:
“Bəli, biz Kriştianu Ronaldu ilə danışıqlar apardıq. Problem pulda və ya sövdələşmədə deyildi. “Əl Hilal” böyük futbol ulduzlarını cəlb etmək iqtidarındadır, lakin CAS-ın qərarı bizə oyunçu almağa və onları qeydiyyatdan keçirməyə imkan vermədi.
Qadağa qərarına baxmayaraq, onunla danışıqları dayandırmadıq, lakin transferi qadağa götürülənə qədər gecikdirdik”.
Öz növbəsində, "Daily Mail" "Əl Hilal"ın Ronalduya 235 milyon avro və 28 milyon avro imza bonusu verməyə hazır olduğunu iddia edib.
Mirağa