PSJ cari mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Argentina millisinin futbolçusu Lionel Messiyə əvəzləyici tapıb.
Fanat.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, bu, İngiltərənin "Mançester Siti" klubunda çıxış edən Bernardu Silvadır.
Xəbərə görə, klubun idman direktoru Luis Kampos "Monako"dan yaxşı tanıdığı 28 yaşlı vingerin transferində şəxsən maraqlıdır. Kamposun klubun bosslarını da buna inandırdığı vurğulanıb.
Qeyd edək ki, Messinin PSJ ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq.
Nihat