Almaniya millisinin keçmiş futbolçusu Tomas Strunz 21 yaşlı oğlunu məhkəməyə verib.
Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.
"Bayern Münhen"in keçmiş ulduzu artıq 600 avro maaş alan tələbə oğlunu saxlamaq istəmədiyi üçün məhkəməyə üz tutub. Strunz 2002-ci ildə ailəsindən boşanıb və bu müddətdə oğlu ilə yanaşı, qızına aliment ödəyib. Ancaq Tomas oğlu Tommiyə daha dəstək olmaq istəmir. Məhkəmə 54 yaşlı mütəxəssisin xeyrinə qərar verib. Üstəlik, indi oğlu Tommi 18 yaşından sonra aldığı pulu atasına geri ödəməlidir.
Strunz dörd il əvvəl qızı Lusiyanı da eyni tələblə məhkəməyə verib, lakin o vaxt işi uduzub. Buna səbəb veteran futbolçunun qızına çox az miqdarda pul verdiyini müəyyən edib. Buna görə məhkəmə müavinətin məbləğini 300 avroya qaldırıb.
Tomas Strunz karyerasında “Bayern Münhen” və “Ştutqart”da çıxış edib, Almaniya millisində isə 41 oyun keçirib və 1996-cı ildə İngiltərədə keçirilən Avropa çempionatının qalibi olub. O, futbolçu karyerasından sonra “Volfsburq” və “Rot-Veys Essen” klublarında baş məşqçi kimi çalışıb.
Mirağa