Türkiyə Super Liqasının 8-ci turunda əzəli rəqibi “Fənərbağça” ilə qarşılaşacaq "Beşiktaş" derbiöncəsi qapıçısı Ersin Destanoğlu ilə bağlı qeyri-müəyyənliyə son qoyulub.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi bir müddətdir yeni müqavilə ilə bağlı razılığa gələ bilmədiyi qolkiperlə nəhayət, anlaşıb.
2027-ci ilə qədər nəzərdə tutulan yeni müqavilənin detalları da açıqlanıb. 21 yaşlı Ersinin illik maaşı 25 dəfə (!) artırılıb.
Hazırkı müqavilə ilə "Beşiktaş"da ildə 500 min lirə qazanan gənc qolkiperin qazancı bundan sonra 700 min avro (təxminən 12 milyon 500 min lirə) olacaq.
Yeni anlaşma ilə bağlı danışıqlarında rəhbərliklə böhran yaşadığı iddia edilən 21 yaşlı qapıçının bu səbəbdən "Ankaragücü" və "Başakşehir"lə matçlarda oynamadığı iddia olunurdu.
Mirağa