"Hall Siti"nin baş məşqçisi Şota Arveladze istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Gürcüstanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 48 yaşlı çalışdırıcı Çempionşip təmsilçisi ilə bu ilin yanvarında 2,5 illik sözləşmə imzalamışdı. Mövsümə uğrusuz başlayan komanda 10 turdan sonra 11 xalla turnir 24 komanda arasında 20-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Hall Siti"nin sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır.
Mirağa