“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u yeni transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Pirey təmsilçisi İsveçrə “Bazel”indən Paytim Kasamini komandaya cəlb edib. 30 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bir həftə sonra Bakıda keçirəcək.