Futbol üzrə İndoneziya çempionatının 11-ci turu çərçivəsində baş tutan "Arema" - "Persebaya" (2:3) oyunundan sonra böyük faciə baş verib.
Fanat.Az-ın "Reuters"ə istinadən məlumatına görə, derbi statusu daşıyan matçın ardından "Arema"nın fanatları meydana axışaraq rəqib azarkeşlər və polislərlə əlbəyaxa olub.
Dava-dalaş getdikcə daha da şiddətlənib. Nəticədə 174 nəfər həyatını itirib, yüzlərlə insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanalardakı ağır yaralılar çox olduğundan ölənlərin sayının artacağı istisna edilmir.
Xəbərə görə, ölənlərin çoxu polisin atdığı səs qumbaralarından təşvişə düşərək qaçan kütlənin ayaqları altında qalanlar və gözyaşardıcı qazın təsirindən tənəffüs sistemində problem yarananlardır.
Qeyd edək ki, faciəyə Malanqadakı "Kancuruxan" stadionu səhnə olub.
Nihat