"Real Madrid"in hücumçusu Kərim Benzema 2022-ci ildə qəribə nəticəyə imza atıb.
Fanat.Az xəbər verir ki, La Liqanın 7-ci turunda keçirilən "Real" - "Osasuna" matçında (1:1) penaltini qaçıran Fransa millisinin forvardı bu il 3-cü dəfə bu rəqibin qapısına "nöqtə"dən yol tapa bilməyib.
Qeyd edək ki, cari mövsüm İspaniya çempionatında 5 oyuna çıxan Benzema 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat