Ötən gün İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində "Lids Yunayted" öz meydanında Stiven Cerrardın başçılıq etdiyi "Aston Villa"nı qəbul edib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, "Lids"in çalışdırıcısı Cessi Marş oyundan sonra "Aston Villa" futbolçularının zaman uzatmaq məqsədi ilə çox ləng hərəkət etmələrindən narazılığını bildirib.
"Villa" bacardığı qədər oyunu uzadırdı. 2-3 nəfərin meydanı tərk etməsi çox uzun çəkirdi. Hər dəfə ötürmə etməyə və ya topu irəli vurmağa bir dəqiqə sərf edirdilər. Bütün oyun bu üslubda keçib. Belə hallar qəbuledilməzdir. Bu qadağan edilməlidir. İnsanlar stadiona gəliblər ki, futbola tamaşa etsinlər, Cerrardın ilbizlərinə yox", deyə 48 yaşlı mütəxəssis bildirib.
Qeyd edək ki, oyun qolsuz bərabərliklə başa çatıb.
Emin