"Yuventus"un hücumçusu Duşan Vlahoviç İngiltərə Premyer Liqası və Bundesliqa klublarının nəzərini öz üzərinə cəlb etməkdə davam edir.
Fanat.Az xəbər verir ki, bu barədə "Il Bianconero" məlumat yayıb.
İddia olunur ki, “Arsenal” və “Çelsi” serbiyalı futbolçu ilə maraqlanır. “Bayern Münhen” klubu da fəal şəkildə Robert Levandovskini əvəz edəcək yeni 9 nömrə axtarır.
Xatırladaq ki, daha əvvəl Vlahoviç Turini tərk etmək niyyətində olmadığını bildirmişdi.
Emin