"Barselona"nın 34 yaşlı hücumçusu Robert Levandovski "Barselona"ya keçməmişdən öncə digər İspaniya nəhənginin - "Real Madrid"in də onunla maraqlandığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Kanal Sportowy" polşalı forvardın dediklərini belə çatdırıb:
"Real" mənimlə bir yox, bir neçə dəfə maraqlanıb. Amma "Barselona"nın qərarında qəti olduğunu gördüyüm üçün bu kluba keçə biləcəyimi anladım. Başa düşdüm ki, formasını geyinəcəyim növbəti komanda məhz "Barselona"dır. Hə, karyeramın "Bayern Münhen" dönəminin başa çatdığına və dəyişikliyə ehtiyac yarandığına əmin idim".
Xatırladaq ki, bu yay heyətə qatılan Levandovskinin transferi "Barselona"ya 45 milyon avroya başa gəlib. Artıq Kataloniya təmsilçisinin forması ilə 12 oyuna çıxmağa imkan tapan Robert 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat