Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş başı dərdədir.
Fanat.Az “A Bola”ya istinadən xəbər verir ki, 67 yaşlı vergidən yayınmaqda ittiham olunur.
İttihama görə, o, gəlirlərinin əhəmiyyətli hissəsini Portuqaliyanın səlahiyyətli orqanlarından gizlədib. Santuş bu ittihamlarla razılaşmayaraq apellyasiyaya müraciət etsə də, onun şikayəti rədd edilib. Bu üzdən millinin baş məşqçisi 4,5 milyon avro ödəməlidir.
Mirağa