Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu üçün satışa çıxarılan biletlərin böyük əksəriyyəti satılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Xəbərə görə, hazırda satışda 4 mindən az bilet qalır. UEFA-nın məlum cəzası ilə əlaqədar tribunaların bir qismi isə boş qalacaq. Sözügedən arena 32 min azarkeş tutumuna malikdir.
Oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.