“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos”un əsas qapıçısı Tomaş Vatslik əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, bu barədə "Onlarissa" nəşri məlumat yayıb.
Xəbərə görə, Plzen şəhərində sağ çiynindən əməliyyat edilən 33 yaşlı çexiyalı qolkiper 3 aydan sonra yaşıl meydanlara qayıdacaq.
Vatslik Çexiya yığmasının heyətində Millətlər Liqasının son turunda İsveçrəyə 1:2 hesabı ilə uduzduqları səfər matçında zədələnib.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.