“Lester”in hücumçusu Ceymi Vardinin həyat yoldaşı Rebekka Vardi “Mançester Yunayted”in keçmiş futbolçusu Ueyn Runinin həyat yoldaşı Kollin Runiyə böhtan atdığı üçün 1,5 milyon funt sterlinq (təxminən 1,7 milyon avro) ödəməyə məcbur edilib.
Fanat.Az xəbər verir ki, informasiya "The Guardian"a məxsusdur.
2019-cu ilin oktyabr ayında Kolin Runi Rebekka Vardini mətbuata onun barədə şəxsi məlumatlar sızdırmaqda ittiham etmişdi. Rebekka isə bu səbəbdən məhkəməyə müraciət etmişdi. Məhkəmə isə məhz Rebekkanın günahkar olduğunu müəyyən edib.
Emin