Türkiyəli məşhur teleaparıcı və prodüser Acun Ilıcalının sahibi olduğu "Hall Siti" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "TalkSport" Çempionşip təmsilçisinin Pedru Martinslə anlaşdığını yayıb.
İngiltərə klubunun 52 yaşlı portuqaliyalı çalışdırıcı ilə müqaviləsinin detalları açıqlanmayıb.
Qeyd edək ki, Pedru Martinsin son iş yeri "Qarabağ"ın sabah Avropa Liqasının qrupunda üz-üzə gələcəyi "Olimpiakos" olub. O, ötən il Yunanıstan klubundan ayrılıb.
"Hall Siti" bu yaxınlarda gürcüstanlı Şota Arveladzeni istefaya göndərib. Komanda 11 oyundan 11 xalla Çempionşipdə 20-ci pillədə qərarlaşıb.
Mirağa