Almaniyanın “Bayer Leverkuzen” klubu baş məşqçi postunda dəyişiklik edib.
Fanat.Az Bundesliqa təmsilçisinin saytına istinadən xəbər verir ki, leverkuzenlilər Xerardo Seoane ilə vidalaşıb.
"11 işçi"ni bundan sonra Xabi Alonso çalışdıracaq. 40 yaşlı ispan çalışdırıcı ilə müddəti 2024-cü ilin 30 iyununa kimi nəzərdə turulan müqavilə imzalanıb.
Bu, Alonsonun baş məşqçi kimi ilk ciddi sınağı olacaq. İspaniya millisinin sabiq futbolçusu daha öncə yalnız “Real Sosyedad”ın U-14 və əvəzedici komandasında əsas söz sahibi olub.
Qeyd edək ki, Seoane isə 2021-ci ilin iyul ayından “Bayer”in baş məşqçisi idi. Onun istefasına komandanın mövsümə çox uğursuz başlaması səbəb olub. Leverkuzden təmsilçisi Bundesliqada çıxdığı 8 oyunda cəmi 1 qələbə qazanıb. 5 xal toplayan "aslanlar" turnir cədvəlində 18 kollektiv arasında 17-cidir.
Nihat