"Çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanq Çempionlar Liqasında "Milan" üzərində 3:0 hesablı qələbə qazanan komandasını tərifləyib.
Fanat.Az xəbər verir ki, londonluların 2-ci qoluna imza atan qabonlu forvard UEFA-nın saytına belə deyib:
“Asan oyun olmadı. "Milan" ilk hissədə yaxşı oynadı. Biz intensivliyi artırmağa davam etdik və üstünlük təşkil etməyə başladıq. Bu, bizə inam verdi. Düşünürəm ki, ilk qol çox vacib idi, bu, bizə güc və inam verdi. “Milan”ın da əla hücumçularının olduğunu nəzərə alsaq, necə oynayacağımızı bilirdik. Düşünürəm ki, müdafiəmiz bu gün inanılmaz iş gördü.
Burada özümü yaxşı hiss edirəm. Dediyim kimi, komanda yoldaşlarım və klub işçiləri məni çox yaxşı qarşıladılar.
Matçlarda qalib gələndə daha asan olur, indi əhval-ruhiyyə çox yaxşıdır. Çalışacağıq ki, belə də davam edək”.
Mirağa