Türkiyə Super Liqasında 9-cu tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə daha 2 görüş reallaşıb.
Lider “Başakşəhər” cari mövsümdə ilk dəfə məğlub olub. “Sivasspor”u qəbul edən komanda 0:2 hesablı yenilgiyə üzülüb. Bu qələbə Sivas təmsilçisi üçün əlamətdar olub. Belə ki, bu, komandanın cari mövsümdə isə ilk qələbəsi olub.
Günün digər matçında isə “Trabzonspor” doğma meydanda “Kasımpaşa” ilə qarşılaşıb. Hesab açılmayan oyunda tərəflər 1 xala razı olub.
Türkiyə Super Liqası
IX tur
10 oktyabr
Başakşəhər – Sivasspor 0:2
Qollar: Saba, 45+2-pen.
Trabzonspor – Kasımpaşa 0:0
9 oktyabr
Ümraniyəspor – Kayserispor 2:2
Qollar: Nayir, 48. Qlumaç, 59 – Kardozo, 25. Mensa, 64.
Hatayspor – Alanyaspor 1:0
Qol: Öksüz, 72.
Fənərbağça – Fatih Karagümrük 5:4
Qollar: Krespo, 9. Valensiya, 28; 61-pen; 72-pen. Batşuayi, 90+5 – Borini, 16; 65-pen. Kuassi, 24. Kapacak, 83.
8 oktyabr
İstanbulspor – Ankaragücü 1:2
Qollar: Ethemi, 55 – E.Kılınc, 16. Sou, 90+1.
Antalyaspor – Konyaspor 1:1
Qollar: Fernando, 51 – Kalvo, 90+6.
Girəsunspor – Beşiktaş 0:1
Qollar: Sanuc, 34.
7 oktyabr
Qaziantep - Adana Demirspor 1:1
Qollar: Lazar Markoviç, 69. - Assombalonqa, 60.