Bir müddət öncə "Borussiya Dortmund"un yeni transferi Sebastian Alledə xərçəng xəstəliyi aşkarlandığı haqda məlumat yayılmışdı.
Fanat.Az xəbər verir ki, 28 yaşlı futbolçu UEFA-nın rəsmi saytına müsahibəsində son durumu haqda danışıb:
“Özümü həm mənəvi, həm də fiziki cəhətdən yaxşı hiss edirəm. Bu isə xəstəliklə mübarizə aparmağa kömək edir. Bəxtim gətirsə və əməliyyata ehtiyacım olmasa, işlər çox tez düzələ bilər. Son mərhələdən üç həftə sonra metastazın hansı mərhələdə olduğunu və əməliyyata ehtiyacınız olub-olmadığını yoxlayırlar. Əgər əməliyyata ehtiyacım olmasa, yaxşı formada olmağı düşünəcəyəm. Həkimlərin dediyinə görə işlər yaxşı gedir".
Emin